Şərti Əqd

saziş növüdür. Onun şərtiləri iştirakçıların birinin başqasına mükafat adlanan müəyyən pul məbləğini ödəməklə (mükafatlı saziş) öz öhdəliklərinin icrasından imtina etmək hüququnu nəzərdə tutur.
Şərti Borc
Şərti Əmanət
OBASTAN VİKİ
Əqd
Əqd — mülki hüquq elminə görə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına yönələn birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradənin ifadəsi. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur. əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir. əqd hüquqa uyğun hərəkətdir əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir. əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir, qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ qazanır. Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qonşuya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Şərti havayı proqram
Şərti havayı proqram (ing. shareware) — müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq, adətən, qeydiyyatdan keçmək və sənədləri, proqramı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.